23 Oktyabr 2024
Kateqoriyasız

“Sumqayıt”dan daha bir transfer

2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.  

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda son olaraq “Xəzər Lənkəran”da çıxış etmiş cinah müdafiəçisi Vaquf Güləliyevi heyətinə qatıb.

Adıçəkilən futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Sumqayıt” daha öncə Fərhad Vəliyev (“Qarabağ”), Ruslan Tağızadə (“Rəvan”), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), Əli Həsənli (“Neftçala”), Mirabdulla Abbasov (“Neftçi”dən icarəyə götürülüb), Rail Məlikov (AZAL) və Vadim Abdullayevi (“Qəbələ”) transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43