23 Oktyabr 2024
Kateqoriyasız

“Mançester Siti”də yeni futbolçu

İngiltərənin “Mançester Siti” klubu heyətini avstraliyalı futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, Avstraliya yığmasının yarımmüdafiəçisi Aaron Muy bundan sonra “şəhərlilər”in uğuru üçün çalışacaq.

25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Qarşılığında isə Mançester təmsilçisinin iki futbolçusu – Antoni Kakeres və Luke Brattan yeni mövsümü icarə əsasında Muyun çıxış etdiyi “Melburn” komandasında keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43