28 Sentyabr 2024
İdman

“Xəzər Lənkəran” “Neftçi”ni darmadağın etdi

U-17 liqasınd anövbəti turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi” bu tur öz meydanında “Xəzər Lənkəran”la qarşılaşıb.

Beş qolun qeydə alındığı matçda sevinən tərəf cənublular olub. “Xəzər Lənkəran” “Neftçi”ni onun meydanında darmadağın edib – 4:1.

“Ağ-yaşıllar”ın heyətində Nurlan Fərəcli het-trik edib. Komandanın digər qoluna isə Elməddin Əsədullayev imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43