28 Sentyabr 2024
İdman

Ərsun Yanal Şeydayevi “qaralayıb”

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Ərsun Yanalın komandası 11-ci turda öz meydanında “Antalyaspor”la qarşılaşıb. Oyun qonaqları qələbəsi ilə başa çatıb – 1:0.

Şeydayev sözügedən oyunun 18-liyində yer almayıb.

Qeyd edək ki, “Trabzonspor”  11 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43