22 Oktyabr 2024
Dünyadan

41 yaşlı ulduz futbolçu karyerasını bərpa etdi

Argentinanın keçmiş yarımmüdafiəçisi Xuan Sebastyan Veron yenidən yaşıl meydanlara qayıdır.

İdmanxeber.com-un məlumatına görə, 41 yaşlı ulduz futbolçu sahibi olduğu “Estudiantes” klubu ilə müqavilə imzalayıb. 18 aylıq nəzərdə tutulan müqaviləyə görə futbolçu minimal əmək haqqı alacaq. Bununla o, klubuna xeyir verməyi düşünür.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Boko Xuniors”, “Sampdoriya”, “Parma”, “Latsio”, “Mançester Yunayted”, “Çelsi” və “İnter” kimi klubların şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43