22 Oktyabr 2024
Dünyadan

Saç əkdirdiyinə görə komandadan qovuldu

Türkiyə çempionatının aşağı dəstəsində çıxış edən “Büyükşehir Belediye Erzurumspor”un futbolçusu Fahri Tatan  komandadan qovulub.

İdmanxeber.com-un məlumatına görə, rəhbərlik onun icazəsiz başına saç əkdirməsini əsas gətirərək, futbolçu ilə olan müqaviəyə xitam verib. Belə ki, Tatan ötən mövsümün sonunda zədələnmişdi. Zədəsini sağaldıb qayıdanda onu saçlı görən klub prezidenti Ali Demirhan özündən çıxıb və tərəflər əməkdaşlığı dayandırıb. 34 yaşlı yarımmüdafiəçi bundan sonra “Sakaryaspor”la anlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43