22 Oktyabr 2024
Dünyadan

“Traktor Sazi”ni finala yüksəldən qələbə – VİDEO

Futbol üzrə İran kubokunda yarımfinal qarşılaşmaları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Cənubi Azərbaycanın “Traktor Sazi” klubu səfərdə “Zob Ahan”ın qonağı olub.

Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda Təbriz təmsilçisi 3:2 hesablı qələbə qazanaraq İran kubokunun finalına yüksəlib.

May ayının 23-ü keçiriləcək final qarşılaşmasında “Traktor Sazi” “Neft Tehran”la üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43