22 Oktyabr 2024
Dünyadan

Məsut Özül nə vaxt qayıdır?

Xəstəliyi səbəbilə “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özül artıq bir həftədir ki, yataqdadır.

İdmanxeber.com-un məlumatına görə, dünən “Borunmut”la matçdan (3:3) sonra komandanın baş məşqçisi Arsen Venger almaniyalı futbolçunun durumu barədə də danışıb:

“Mən bir həftə idi ki, onu görmürdüm. Heyəti onsuz qurmaqda çətinlik çəkmədim. Bilirdim ki, Məsut oynaya bilməyəcək, hələ yataqda uzanır. Düşünürəm ki, o, növbəti oyunda da iştirak edə bilməyəcək”.

Qeyd edək ki, “Arsenal” şənbə günü növbəti oyununu FA kubokunda “Preston”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43