22 Oktyabr 2024
İdman

“Qəbələ”nin daha bir rəqibi müəyyənləşdi

Antalyada qış təlim-məşq toplanışında olan “Qəbələ”nin yoxlama oyunu keçirəcəyi  daha bir rəqibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, əyalət təmsilçisi Qazaxıstanın “Ordabaşı” klubu ilə qarşılaşacaq. Bu barədə Qazaxıstan mətbuatı xəbər yayıb. Görüş  yanvarın 19-u keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl “Qəbələ”nin  yanvarın 13-ü “Partizani” (Albaniya), yanvarın 18-i “Qaz Metan” (Rumıniya) və yanvarın 23-ü isə “Şkendiya” (Makedoniya) ilə oynayacağı açıqlanıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43