22 Oktyabr 2024
İdman

FİFA-dan tarixi qərar: DÇ-də 48 komanda olacaq!

Canni İnfantinonun dünya çempionatında komandaların sayının artırılması ilə bağlı irəli sürdüyü təklif haqda qərar qəbul edilib.

İdmanxeber.com-un məlumatına görə, bu gün bu haqda rəsmi qərar qəbul edilib. Qərara əsasən, 2026-cı ildən etibarən futbol üzrə dünya çempionatının final mərhələlərində 48 komanda iştirak edəcək.

Bu barədə FİFA-nın rəsmi tvitter səhifəsi məlumat yayıb. Məlumatda bildirilir ki, iştirakçı komandaların sayının 32-dən 48-ə qaldırılması ilə bağlı FİFA Şurası qərar qəbul edib.

Reqlamentə görə, final mərhələsində iştirak edəcək 48 komanda hər birində 3 yığma olmaqla, 16 qrupda mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaq.

Dünya çempionatına Avropadan 16, Afrikadan 9,5 (bir yığma digər qitədən olan komanda ilə pley-off qarşılaşması keçirəcək), Asiyadan 8,5, KONMEBOL-dan 6,5, KONKAKAF-a 6,5, Okeaniyadan isə 1 komanda yollanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43