Türkiyədə yaranan əlverişsiz hava şəraiti ucbatından qardaş ölkəyə yollana bilməyən “Qəbələ”, “Sumqayıt”, “İnter” bu gün təlim-məşq toplanışlarını keçirəcəkləri Antalyaya yollanıblar.
İdmanxeber.com-un məlumatına görə, hər üç komanda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından eyni təyyarə ilə birbaşa paytaxtdan Antalyaya gediblər.