22 Oktyabr 2024
Dünyadan

Suares 100-ə çatdı

Yanvarın 11-də İspaniya Kral Kubokunun səkkizdəbir final mərhələsində “Barselona” komandası “Atletik Bilbao”nu 3:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, oyun “Barselona”nın hücumçusu Luis Suares üçün əlamətdar olub.

İlk oyunda 1:2 hesabı ilə məğlub olan kataloniyalılar qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açıblar. Rəqib qapısına yol tapan Luis Suares bununla da komandanın heyətindəki qollarının sayını 100-ə çatdırıb. Uruqvaylı futbolçu bu göstəriciyə 120-ci matçda nail olub.

Qeyd edək ki, son 11 oyunda qol vura bilməyən Neymar görüşün 48-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək ikinci topu rəqib qapısından keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43