“Çelsi”nin futbolçusu Dieqo Kosta Çin klubu “Tianjin Quanjian”ın təklifini rədd edib.
İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı oyunçu ilinə 35 milyon avro qazanacağı təklifi müsbət cavablandırmayıb. O, London klubunda qalmağa qərar verib.
Qeyd edək ki, D.Kosta bu mövsüm 14 qol vurub, 5 qolun ötürməsini verib.
Xatırladaq ki, bundan əvvəl D.Kostanın baş məşqçi Antonio Konte ilə münasibətlərinin yaxşı olmadığı və bu səbəbdən klubdan ayrıla biləcəyi iddia edilirdi.