22 Oktyabr 2024
Dünyadan

Ramil Şeydayevin komandası səfərdən 1 xalla dönür

Türkiyə kubokunun qrup mərhələsi çərçivəsində 5-ci turun görüşləri keçirilir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” səfərdə “Gümüşhanespor”un qonağı olub. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb.

Ramil Şeydayevin adı oyunun iştirak ərizəsinə daxil edilsə də, yenə oynamaq şansı qazanmayıb.

Qeyd edək ki, 5 turdan sonra aktivində 6 xal olan “Trabzonspor” 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43