22 Oktyabr 2024
Ölkə futbolu

“Qəbələ” Qazaxıstan klubu ilə bacarmadı – VİDEO

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Qəbələ” təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

“Qırmızı-qaralar” Qazaxıstanın “Ordabaşı” klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, “Qəbələ” buna qədər Albaniyanın “Partizani” klubuna məğlub olub (1:2), Rumıniya təmsilçisi “Qaz Metan”a isə 1:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar”ın sonuncu yoxlama oyunu isə yanvarın 23-də “Şkendiya”ya (Makedoniya) qarşı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43