22 Oktyabr 2024
Ölkə futbolu

“Səbail” ilk oyunda məğlub oldu

Yanvarın 14-dən etibarən Antalyada toplanışa start verən “Səbail” bu gün Qazaxıstanın “Kiran” klubu ilə ilk yoldaşlıq görüşünü keçirib.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma 20 Yanvar şəhidlərinin xatirəsinə 1 dəqiqəlik sükutla başlayıb. Birinci hissədə hesabı ilk olaraq rəqib açıb. Taleh Babayevin qoluyla hesabı bərabərləşdirən təmsilçimiz Bayram Budaqovla hesabda 2:1 irəli keçib. Fasilədə 10 oyunçu əvəzetməsi reallaşdıran birinci divizion təmsilçisi sonda 2:4 hesabıyla məğlub olub.

Qeyd edək ki, “Səbail” növbəti yoldaşlıq görüşünü yanvarın 24-ü keçirəcək. Rəqibin adı hələ ki bilinmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43