22 Oktyabr 2024
Dünyadan

“Fiorentina” futbolçusunu 45 milyona satdı

Daha bir tanınmış futbolçu karyerasını Çində davam etdirməyə yaxındır.

“Fiorentina” Nikola Kaliniçi “Tyantszin Syuantszyan”a satmağa razılıq verib.

Çin klubu 29 yaşlı forvarda üçün 45 milyon avro ödəyəcək. Kaliniçin əmək haqqısı isə “Fiorentina”dakından 10 dəfə çox – ildə 12 milyon avro olacaq. Qeyd edək ki, “Fiorentina” Kaliniçi 2015-ci ildə “Dnepr”dən 5,5 milyon avroya transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43