22 Oktyabr 2024
Dünyadan

Ueyn Runi “Mançester Yunayted”in tarixinə düşdü

Bu gün İngiltərə Premyer Liqasının 22-ci turunda keçirilən “Stok Siti” – “Mançester Yunayted” matçı (1:1) “qırmızı şeytanlar”ın futbolçusu Ueyn Runi üçün əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, matçın ikinci hissəsinə əlavə olunmuş vaxtın 4-cü dəqiqəsində cərimə zərbəsi ilə hesabı bərabərləşdirən futbolçu “Mançester Yunayted”də 250-ci qolunu vurub. O, bununla da “Mançester Yunayted”in tarixində ən çox qol vurmuş futbolçu Bobbi Çarltonun rekordunu qırıb (249). B. Çarlton 249 qolu 758 oyuna vursa da, U. Runi bu nəticəyə 546-cı oyununda nail olub. Klubun tarixində 3-cü ən çox qol vuran futbolçu isə Denis Laudur. O, iştrak etdiyi 404 oyunda 237 qol vurub.

“Mançester Yunayted”in əfsanələrindən biri olan Kristiano Ronaldo isə “qırmızı şeytanlar”ın heyətində 118 qolla 18-ci pillədə qərarlaşıb. O, bu qolları 292 qarşılaşmada vurub.

Xatırladaq ki, 31 yaşlı futbolçu 2004-cü ildə “Everton”dan “Mançester Yunayted”ə transfer olub. O, “qırmızı şeytanlar”ın heyətində Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Fənərbaxça”ya qarşı keçirilən oyunda debüt edib(6:2). 2004-cü il, sentyabrın  28-də keçirilən matçda Runi het-trik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43