22 Oktyabr 2024
Dünyadan

“İnter”dən “Arsenal”a zərbə

İtaliyanın “İnter” klubu “Arsenal”ın üzvü Aleksiz Sançezi heyətinə qatmağı düşünür.

İdmanxeber.com-un İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Milan təmsilçisi futbolçusu İvan Perisiçi Aleksiz transferi qarşılığında “Arsenal”a verməyə hazırdı. “İnter” tərəfi çilili forvardı razı salacağı təqdirdə xorvatiyalı hücumçu “Arsenal”a yollanacaq.

Qeyd edək ki, Sançez London klubunun heyətində bu mövsüm meydana çıxdığı 22 oyunda 15 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43