22 Oktyabr 2024
İdman

Millimizin üzvü Portuqaliyada növbəti oyununa çıxdı

Futbol üzrə Portuqaliya Sequndasında 23-cü turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası evdə “Kovilya” ilə qarşılaşıb.

Start heyətində meydana çıxan Budaq 90 dəqiqə meydand aolub. Görüş isə 1:1 hesablı bərabərliklə nəticələnib.

Qeyd edək ki, 23 turdan sonra hesabında 26 xal olan “Sportinq B” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43