22 Oktyabr 2024
Dünyadan

Vidal “Barselona”dan ayrılmayacaq

“Barselona”nın futbolçusu Aleiş Vidal mövsümün sonuna qədər komandadan ayrılmayacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun idman direktoru Robert Fernandes məlumat verib. O, bu barədə açıqlamasında futbolçudan razı olduqlarını bildirib.

Xatırladaq ki, mövsüm ərzində İspaniya mətbuatı Vidalın gələcəyi ilə bağlı bir sıra məlumatlar yaymışdı. Futbolçunun Luis Enrikenin etimadını doğrulda bilmədiyi üçün komandadan göndəriləcəyi gözlənilirdi.

Qeyd edək ki, o, cari mövsüm 19 tur ərzində 3 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43