22 Oktyabr 2024
l Divizion

“Şahdağ”ın hücumçusu “Şəmkir”də

"Şəmkir" heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, komanda "Şahdağ"ın hücumçusu Sərxan Ağayevlə müqavilə imzalayıb.

Qeyd edək ki, futbolçu bir neçə gün öncə "Qaradağ Lökbatan"la baş tutan yoxlama oyununda "Şahdağ"ın ilk qolunun müəllifi olub. Görüşü canlı izləyən "Şəmkir" rəsmiləri və məşqçilər korpusu Sərxan Ağayevin oyununu bəyəniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43