22 Oktyabr 2024
Dünyadan

Budaq Nəsirovun “Sportinq”də növbəti sınağı

Bu gün Portuqaliya Sequnda liqasındaa XXIV turun oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə,  millimizin üzvü Budaq Nəsirovun formasını geyindiyi “Sportinq”in B komandası səfərdə Lissabon təmsilçisi “Fafe”nin qonağı olacaq.

“Sportinq”in əsas üzvü olan gənc yarımmüdafiəçinin saat 19:00-da start götürəcək matçda şans qazanacağı gözlənilir.

Qeyd edək ki, mövsümün əvvəlində “Sportinq”ə transfer olunan Nəsirov komandanın heyətində 15 oyun keçirib və 1 qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43