Hollandiyanın “Qo Ahed İqls” klubu millimizin və “Trabzonsor”un futbolçusu Ramil Şeydayevi transfer edəcəkləri iddialarına münasibət bildirib.
Klubun texniki direktoru Dennis Bekking 20 yaşlı hücumçu ilə maraqlanmadıqlarını deyib. O, R.Şeydayevlə bağlı “Trabzonspor”la heç bir danışıq aparmadıqlarını bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatı “Qon Ahed İqls”in R.Şeydayevi icarəyə götürmək istədiyini yazmışdı.