“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsində “Arsenal”la keçiriləcək matça ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, komanda Frank Riberinin köməyindən yararlana bilməyəcək. Buna səbəb futbolçunun dünən keçirilən məşqdə sağ bud əzələsini zədələnməsidir. 33 yaşlı futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, komnadalar arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görşü fevralın 15-i keçiriləcək.