Dortmund “Borussiya”sı “Bayer”in müdafiəçisi Ömər Toprakı transfer edib.
İdmanxeber.com-un məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb. Türkiyə millisinin 27 yaşlı müdafiəçisi bu mövsümü “Bayer”də keçirəcək, yeni mövsümdən isə Dortmund komandasında oynayacaq.
Onunla 2021-ci ilin iyunun 30-na qədər müqavilə imzalanıb. Müqavilənin maddi tərəfi açıqlanmayıb. Alman mediası isə yazıb ki, bu transfer “Borussiya”ya 12 milyon avroya başa gəlib.