Duqlas Kosta “Bavariya”nı tərk edə bilər.
İdmanxeber.com-un məlumatına görə, bu haqda braziliyalı futbolçunun özü açıqlama verib:
“Avropanın bir neçə aparıcı klubundan təklif almışam. Hazırda fikrimi yalnız “Bavariya”nın çıxışına yönəltmişəm. Komandamla mövsümün sonunda titullar qazanmaq istəyirəm.
Çempionlar Liqasının qalibi olmağı və “Qızıl top”u qazanmağı arzulayıram. Mövsümün sonunda isə aldığım təklifləri nəzərdən keçirəcəyəm. Karyeramı başqa klubda davam etdirməyim mümkündür”.
Xatırladaq ki, Duqlas Kosta “Bavariya”ya 2015-ci ilin yayında “Şaxtyor”dan transfer olunub.