Millimizin sabiq üzvü Dmitri Nağıyev “Dnepr”ə qələbə qazandırıb.
İdmanxeber.com-un məlumatına görə, bir müddət 21 yaşadək futbolçulardan ibarət milli komandamızda çıxış etmiş futbolçu Ukrayna klubunun Polşa təmsilçisi “Medz”lə görüşündə qələbə topunu vurub.
46-cı dəqiqədə meydana çıxan həmyerlimiz 80-ci dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub – 1:0.