22 Oktyabr 2024
Premyer Liqa

Samir Abasov cəzalandırıldı

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, toplantıda Premyer Liqanın XIX turu çərçivəsində keçirilmiş “Sumqayıt” – AZAL matçındakı neqativ hallarla bağlı qərarlar qəbul olunub.

Oyunun gedişində meydan sahiblərinin baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunub.

Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43