Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində bu gün daha iki matç baş tutub.
Portuqaliyada "Portu" İtaliya nəhəngi "Yuventus"u qonaq edib. İki qolun vurulduğu matçda "qoca sinyora" qələbə qazanan tərəf olub.
Günün digər oyununda isə "Sevilya" "Lester"i sınağa çəkib. Görüş ispanların qələbəsi ilə yekunlaşıb – 2:!.
Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar
22 fevral
23:45. “Portu” (Portuqaliya) – “Yuventus” (İtaliya) 0:2
Qollar: Pyaca, 7, Dani Alves, 74
23:45. “Sevilya” (İspaniya) – “Lester” (İngiltərə) 2:1
Qollar: Sarabia, 26, Korrea, 62, Vardi, 73