Azərbaycan Premyer Liqasının XX turunda Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gündən qarşıdakı matçın hazırlıqlarına başlayıb.
İdmanxeber.com-un məlumatına görə, komanda Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edir. “Sarı-göylər” fevralın 26-na kimi eyni məkanda çalışacaq.
Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” matçı fevralın 28-də baş tutacaq.