Bu gün İntizam Komitəsinin "Kəpəz" – "Qəbələ" matçında baş verənlərlə bağlı çıxardığı qərarlar müzakirələrə səbəb oldu. "Qəbələ" rəsmiləri İK-nın qərarlarına etiraz edərək, qərarların yanlış olduğunu bildirdi.
Məsələ ilə bağlı sözügedən matçda dördüncü hakim funksiyasını yerinə yetirən Orxan Məmmədovla əlaqə saxladıq. Məmmədov idmanxeber.com-a açıqlamasında ona qarşı təzyiq olmadığını bildirdi:
"Sözün açığı, orada mənə qarşı fiziki təzyiq yox idi. Sadəcə, "Qəbələ" rəsmilərindən biri hakimlərə qarşı təzyiq etmək istəyirdi, mən də hakimləri qorumaq üçün onların qarşısına keçdim. Mən 4-cü hakim idim, onların davası mənimlə deyildi. Mən hakimləri zərbədən qorumaq üçün qarşılarında dayanmışdım.
Onlar indi deyirlər ki, fiziki təzyiq göstərməmişik. Lap yaxşı, qoy desinlər…"