“Lester Siti”dən bir müddət öncə istefaya göndərilən baş məşqçi Kaludio Ranyerinin heykəli ucaldılacaq.
İdmanxeber.com-un məlumatına görə, “tülkülər”in fanatları italyan mütəxəssisə abidə qoymaq üçün pul yığmağa başlayıblar. Azarkeşlər Ranyerinin abidəsinin inşası üçün 10 min funt-sterlinq yığmağı planlaşdırırlar.
Xatırladaq ki, Ranyeri ötən mövsümdə “Lester Siti”yə 133 illik klub tarixində ilk çempionluğunu qazandırsa da, cari mövsümkü uğursuz nəticələrdən sonra istefaya göndərilib.