“Aydındı ki, əsas məsələ nəticədi və biz buna nail olduq. Oyunun əvvəlində lazımsız ehtiyat və tələskənlik üzündən yaxşı oynamadıq, ancaq ikinci hissədə bunları düzəldə bildik”
İdmanxeber.com-un məlumatına görə, bu haqda “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqası XXI turu “İnter”ləkeçirdiyi (1:0) səfər oyununda deyib:
– Sizcə, bu tələskənlik “Sumqayıt” – “Qarabağ” oyunun nəticəsidi?
– Belə olmamalıdı, ancaq ola bilsin şüuraltı təsir edib. Bu da bizə əlavə səbəb ola bilərdi. Futbolçuların qol vura bilməyəndə üzüldüyünü görürdüm. Əsas odu ki, qalib gəldik.
– Gələcəkdə Dabo ilə Subotici eyni anda start heyətində görə bilrikmi?
– Bunu əvvəldə görə bilmişik. Dabonun zədə alması buna səbəb idi. Oyunlarda meydançalar stabil olmurdu. Ancaq indi elə düşünürəm ki, Dabo tam hazırdı
– Rasim Ramaldanovun durumu haqda…
– Düşünürdüm ki, sınıq var idi. Futbolçuların reaksiyalarından bunu gördüm. Ümid edirəm ki, belə ciddi zədə olmaz. İlk təəsürat o idi ki, ciddi zədə alıb.
– Hazırda komanda birinci yerdədi. Fasilə yaranır və bu fasilədən komanda necə istifadə edəcək?
– Çox da böyük fasilə deyil. Sadəcə məşq üçün günlərimiz çox olacaq. Bu fasilədə hər hansı oyun üçün xüsusi məşqlər də etməyəcəyik.
– Altı futbolçu milli komandaya dəvət alıb. Bu amil növbəti oyun üçün çıtinlik yaradacaq?
– Biz başa düşürük ki, bu oyunlar vacibdi. Bizim futbolçularımızın milliyə getməsi qürurvericidi. Buna sevinirəm