“Əvəzlənməyimə səbəb oyunumun alınmaması idi. Özümü narahat hiss edirdim gecə. Axşam narahat yatmışam”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “İnter”in kapitanı Nizami Hacıyev deyib.
Paytaxt klubunun üzvü Prosineçkinin onu milliyə çağırmamasına dair verilən sualı belə cavablandırıb:
“Onsuz da Prosineçkinin kitabı bağlanıb”.
Hacıyev “Qəbələ”yə məğlubiyyəti belə şərh edib:
“Qəbələ güclü komandadı. Biz bu gün qələbəyə oynayırdıq. Hazırda da çempionluqa oynayırıq. “İnter”in tarixində heç vaxt 55-ci dəqiqədə iki oyunçu birdə əvəzlənməyib. Ancaq bu məşqçinin qərarıdı”.
Qeyd edək ki, “İnter” “Qəbələ” doğma meydanda məğlub olub – 0:2.