22 Oktyabr 2024
İdman

Teo Uiks: “Mənə şans versə…”

Azərbaycan Premyer Liqasının XXI turunda “İnter” doğma meydanında “Qəbələ”yə 0:2 hesabıyla məğlub olub.
 
İdmanxeber.com xəbər verir ki, oyundan sonra “Qəbələ”nin liberiyalı yarımmüdafiəçisi Teo Uiks jurnalistlərə müsahibə verib.

–   Bunu hər zaman qeyd etmişəm ki, hər qələbə bizim üçün çox vacibdir. İndiki vəziyyətdə bu daha da önəmli idi.

–    Hesabı gec açdız. “Qarabağ” “Sumqayıt”ı məğlub etmişdi. Komandada gərginlik var idi?

–    Qətiyyən bizi narahat etmirdi. Sadəcə, üzərimizdə təzyiq var ki, bütün oyunları qalib gələk.

–    Bu gün Nika Kvekveskirinin əvəzinə sən oynadın. Son zamanlar ehtiyatda qalırdın. Hazır deyilsən, yoxsa baş məşqçinin qərarıdır?

–    Təzə gəldiyim vaxt baş məşqçi mənə inanırdı. Mənim üçün rahat idi. Hansı mövqeyə qoysaydı, oynayırdım. Hər şey məşqçinin qərarıdır. Mənə şans versə, oynayacam. Nika Kvekveskirini meydana buraxsa, o, oynayacaq. Fərqi yoxdur. Məndən asılı deyil. Hər şey məşçinin qərarından asılıdır.

–    “Qəbələ”ni çətin təqvim gözləyir. Əsas rəqiblərlə paytaxtda oyun var…
–    Hər oyun çətindir. Hamısı müxtəlifdir. Asan oyunlar yoxdur.

–    “Qarabağ” və “Qəbələ” arasında yaranan söz-söhbətdən sonra oyunlarınıza çoxlu azarkeş gəlir. Bunun demək olar sizə faydası oldu?
–    Azarkeşlərin çoxluğu komandalar üçün vacib bir amildir. Məncə, onların çoxluğu oyunlara təsir edir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43