22 Oktyabr 2024
İdman

Reynaldo: “Çox məyusam”

“Qarabağ”dan ayrılaraq “Adanaspor”a keçən Reynaldo yeni komandasının uğur qazana bilməməsinə görə məyusdu.

İdmanxeber.com-un məlumatına görə, Adana klubu 17-ci turda “Karabükspor”la səfərdə qarşılaşacaq.

“Sambaçı” Karabük səfərində uğurlu nəticə qazanacaqlarına inandığını bildirib:

“Konyaspor”la oyunda uduzduğumuz üçün çox məyusam. Komandada dostluq və intizam üst səviyyədədir. Karabük səfərində əlimizdən gələni edərək Adanaya xoşbəxt qayıtmaq istəyirik. Bunu bacaracaq qədər güclüyük. Komanda yoldaşlarıma güvənirəm”.

Qeyd edək ki, Reynaldo “Adanaspor”da 5 oyunda meydana çıxıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43