22 Oktyabr 2024
Dünya futbolu

Serxio Ramos Roberto Karlosa çatdı

“Real”ın kapitanı Serxio Ramos Madrid klubunun tarixi nəticəyə imza atıb.

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının 1/8  finalının “Napoli” ilə cavab oyununda (3:1) dubl edən təcrübəli futbolçu “Real”ın heyətində vurduğu qolların sayını 68-ə çatdırıb. Bununla da o, “Real”da ən çox qol vuran müdafiəçilər arasında Roberto Karlosun rekordunu təkrarlayıb.

Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2005-ci ildən “Real”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43