“Mançester Yunayted”in yarımmüdafiəçisi Xuan Mata qasıq nahiyəsindən aldığı zədəyə görə sıradan çıxıb.
İdmanxeber.com-un məlumatına görə, ispaniyalı futbolçu bu səbəbdən əməliyyat edilib. İngiltərə mətbuatının yaydığı məlumata görə, Mata mövsümü başa vurub.
Qeyd edək ki, 28 yaşlı futbolçu bu mösüm 22 oyuna 6 qol vurub və 3 məhsuldar ötürmə edib.