Millimizin hücumçusu Dəniz Yılmazın “Bursaspor”dan ayrılacağı gözlənilir.
Bu barədə Türkiyə məlumatı xəbər yayıb. Dənizin rəhbərliklə aralarında yaranan problemlərə görə Bursa təmsilçisi forvarda qapını göstərəcək. Yılmazla yanaşı, daha 6 futbolçu mövsüm başa çatdıqdan sonra “Bursaspor”dan qovulacaq.
29 yaşlı hücumçunun “timsahlar”la müqaviləsi 2018-ci ilin yayında başa çatır.
Qeyd edək ki, millimizin üzvü bu mövsüm “Bursaspor”un heyətində 5 qol vurub.