IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi dəqiqləşib.
49 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Rüfət Hüseynov 1/4 finalda Omid Əhmadisafa (İran) ilə üz-üzə gələcək.
Yeniyetmələrin Olimpiya Oyunlarının qalibinin rəqibinin adına bu gün keçirilən 1/8 final döyüşündən sonra aydınlıq gəlib. Tolqahan Öztürkü (Türkiyə) mübarizədən kənarlaşdıran iranlı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.
R.Hüseynovun O.Əhmadisafa ilə görüşü mayın 15-də olacaq.