“Real”ın zədəli futbolçuları Qaret Beyl və Dani Karvaxalın Çempionlar Liqasının finalına kimi hazır olub-olmayacağı dəqiqləşib.
İspaniya mətbuatının yaydığı xəbərə görə, sözügedən oyunçular “Yuventus”a qarşı matça hazır olacaqlar.
Q.Beyl və D.Karvaxal zədə səbəbindən La Liqanın son 3 görüşünü buraxacaqlar.
“Real” və “Yuventus” arasında ÇL-də keçiriləcək final matçı iyunun 3-ü oynanılacaq.