PSJ-nin futbolçusu Marko Verratti karyerasını “Bavariya”da davam etdirə bilər.
Bu barədə məlumatı yerli “Bild” nəşri yayıb. Mənbə iddia edir ki, futbolçunun agenti Donato Di Kampli də adıçəkilən klubla danışıqların getdiyini təsdiqləyib. Münhen təmsilçisi İtaliya millisinin üzvünə görə 60 milyon avro təklif edib.
Qeyd edək ki, 24 yaşlı italyan futbolçu üçün “Barselona” və “Yuventus” da səy göstərir.