U-21 millimizin futbolçusu Elnur Cəfərovun “Neftçi”yə keçidi rəsmiləşib.
İdmanxeber.com-un məlumatına görə, son mövsümü Xorvatiyanın “Duqopolye” klubunda keçirən gənc yarımmüdafiəçi artıq yeni klubunun düşərgəsindədir. Cəfərov bu gün komandanın heyətində məşqə çıxıb.
Qeyd edək ki, Elnur Cəfərov “Xəzər Lənkəran”ın yetirməsidir.