“Qarabağ”ın transfer etməyə hazırlaşdığı iki legioner futbolçu artıq Bakıdadı.
İdmanxeber.com-un məlumatına görə, söhbət polşalı müdafiəçi Yakuz Jezniçak və haitili yarımmüdafiəçi Vild Donald Qeryedən gedir. Haitili futbolçu bir neçə gün öncədən Bakıya təşrif buyurmuşdusa, polşalı oyunçu bu gecə ölkəmizə gəlib.
Ağdam klubunun tezliklə bu futbolçuların transferini rəsmi olaraq açıqlaması gözlənilir.