Dünən UEFA Çempionlar Liqasında C qrupunun oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Roma” matçından sonra hər iki klubun futbolçuları – Edin Dzeko və Pedro Enrike mükafatlandırılıb.
İdmanxeber.com-un məlumatına görə, italiyan və azərbaycanlı jurnalistlərin seçimlərinə əsasən oyunun ən yaxşıları seçilən futbolçulara mükafat təqdim olunub. Mükafatı adıçəkilən futbolçulara İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq cəmiyyətinin rəhbəri Dündar Keşaplı təqdim edib.