“Qarabağ” – “Roma” oyunundan sonra qonaqların baş məşqçisi Eysebio Di Françesko axsayarkən diqqət çəkib.
İdmanxeber.com-un məlumatına görə, o, sağ dizində ağrılar hiss edib. İtaliya mətbuatına yer alan xəbərə görə, Di Françeskonun dizində uzun müddətdir ki, ağrılar var. O, bəzən ağrılar hiss edəndə dizinə buz bağlayır.
Dünənki yağışlı və soyuq havadan sonra dizində ağrılar hiss edən çalışdırıcı bu üsuldan istifadə etməli olub.