Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun görüşlərinə yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, son oyun günü “Qarabağ” və “Zirə” futbolçuları üz-üzə gəlib.. Tofiq Bəhramov adına Respublika stadionunda hesab açılmayıb.
Qeyd edək ki, hazırkı turnir cədvəlində Ağdam klubu 1 oyun az keçirməklə 16 xalla lider, ikinci sırada isə 15 xalla “Zirə” yer alıb.
Azərbaycan Premyer Liqa, 7-ci tur
1 oktyabr (bazar)
18:00.“Qarabağ” – “Zirə” 0:0
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika Stadionu