26 Noyabr 2024
İdman

“Qarabağ” “Qəbələ”yə uduzdu (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında  9-cu tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, tur Qəbələdə keçirilən mərkəzi matçla başa çatıb.

Burada çempionluğa iddialı iki komanda – “Qəbələ” və “Qarabağ” üz-üzə gəlİb.

Görüşün taleyini 1 qol həll edib. Matçın 8-ci dəqiqəsində Asif Məmmədovla hesabı açan Qəbələ təmsilçisi nəticəni qarşılaşmanın sonuna qədər saxlayaraq 3 xalı aktivinə yazan tərəf olub – 1:0.

Qeyd edək ki, komandalar arasında ilk dövrədə “Azərsun Arena”da keçirilən oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanmışdı.

22 oktyabr (bazar)

18:30. “Qəbələ” – “Qarabağ” – 1:0 

Qol: Asif Məmmədov, 8

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov

Qəbələ şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43