Dünyanın ən yaxşı qapıçısı seçilən Canluci Buffon özü haqda maraqlı açıqlamalar verib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli “əlcək sahibi” DÇ-2018-dən sonra futbolçu karyerasını sonlandıracağını bildirib. Buffon yalnız bir halda butslarını mıxdan gec asa biləcəyini söyləyib:
“Sözümü demişəm, Rusiyada keçiriləcək dünya çempionatından sonra karyeramı bitirəcəm. Budnan sonra ya çox oynadım, ya az… Elə də fərq etməyəcək. Ancaq bir şərtlə karyeramı bitirmərəm ki, “Yuventus” Çempionlar Liqasını qazansın”.